Vilayət müəllimin ƏYALƏT TƏFƏKKÜRÜ... - BUNUN BAŞQA ADI YOXDUR...
Tarix: 6-07-2023, 09:26 | Çap et
 DİA.AZ: - "Azərbaycan Texniki Universitetinin (AzTU) təcrübəli müəllimlərindən bir qrupu yenə də yalnız universitetimizdə deyil, həm də ölkəmizin aşağıdan yuxarıyadək bütün təhsil sistemində yaranmış vəziyyətlə və bu vəziyyətin nəticələri olan faktlarla Respublika ictimaiyyətinə, əlaqədar rəsmi dövlət təşkilatlarına və vəzifəli şəxslərə müraciət etmək məcburiyyətindədir". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Məqalənin ƏVVƏLİ BURADA: Təhsil sistemində TEXNİKİ PROBLEM... - BU NƏDİ BELƏ?
Məqalənin davamında deyilir: "İki il əvvəl Vilayət Vəliyev qərar verdi ki, humanitar fənlərdən məşğələ-seminar dərsləri adətən olduğu kimi ayrı-ayrı qruplarda yox, qrup birləşmələri (yəni, potok) halında keçilsin. Məlumdur ki, məşğələ-seminar dərslərində müəllimlər məktəbdə olduğu kimi tələbələrdən dərs sorğusu aparırlar. Dərs soruşmaq üçün isə hətta bir ayrıca qrupda vaxt çatmır, o ki, bir neçə qrupun birləşməsi ola. Nazirlər kabinetinin müvafiq təlimatına əsasən müəllimlərin illik tədris yükündə auditoriya dərslərinin miqdarı 60%-dən az olmamalıdır. AzTU-da isə rektorun göstərişinə əsasən auditoriyadankənar dərs yükü ümumiyyətlə müəllimlərin tədris planına salınmır və bu onlara dərs yükü hesab edilmir. Beləliklə, müəllimlərin tədris yükünün demək olar ki, hamısı auditoriya dərslərindən ibarətdir və bu, 100%-ə çatır. Buna görə də müəllimlərin real dərs yükü elə həddə çatıb ki, onlar bütün günü bir auditoriyadan çıxıb, o birinə qaçırlar, bəzən bir müəllimin bir gündə 5 qoşa saat dərsi olur. Bir çox hallarda dərslərinin bir hissəsi gündüz, bir hissəsi isə axşam (magistratura dərsləri axşamlar keçilir) olur və müəllimlər bütün günü universitetdə oturmalı olurlar. Halbuki, müəllim hələ elmlə də məşğul olmalıdır. Əvvəllər adətən bakalavriatura səviyyəsində yuxarı kurslarda keçilən ixtisas fənlərindən mühazirə dərslərini hər qrup ayrılıqda keçirdi. V.Vəliyev rektor gələndən sonra qərar verdi ki, ixtisas fənlərindən mühazirə dərsləri cəmi 50 nəfərə qədər tələbə olan qrup bilrləşmələrində (yəni potoklarda) keçilsin. İndi isə qərar verib ki, növbəti dərs ilindən potoklarda tələbələrin sayı 100-ə çatdırılsın, yəni 4 qrup birlikdə. Təki daha az müəllimin xidmətindən istifadə edilsin, müəllimlər ixtisar edilsin və vəsaitə qənaət edilsin – yenə də tədrisdən kəsmək! V.Vəliyev tədrisə qarşı o qədər dözümsüzdür ki, hətta auditoriyalardakı partalara və tədris auditoriyalarına qarşı “mübarizə aparır”. Məlumdur ki, 2016-2017-ci illərdə AzTU-da böyük əsaslı təmir aparıldı və buna milyonlarla manat xərcləndi. Bütün binalar, otaqlar, hətta zirzəmilər də təmir edildi. Çoxlu yeni mebel, avadanlıq, laboratoriya qurğuları alındı. V.Vəliyev 2019-cu ildə rektor təyin edilən gündən isə tədris otaqlarına qarşı amansız “mübarizəyə” başladı. Bəklə də onun kafedra və fakültələri birləşdirməkdən məqsədi sıxlaşdırma aparmaq və öz məqsədləri üçün yer boşaltmaq idi. Onlarla tədris otaqları, auditoriyalar, laboratoriyalar ləğv edildi, avadanlıqlar sıxlaşdırılaraq, üst-üstə yığıldı. Təp-təzə yüzlərlə partalar otaqlardan boşaldılaraq, zirzəmilərə, birinci mərtəbə koridorlarına üst-üstə yığıldı. Yarım il əvvəl isə həmin yüzlərlə parta yük maşınlarına doldurularaq, hara isə aparıldı, ya satıldı, ya da gizlədildi ki, gözdən uzaq olsun. Dedilər ki, yataqxanalara aparırlar. Amma yataqxanalarda məcburi köçkünlər yaşayırlar və orada bu qədər boş yer də yoxdur. Beləliklə, V.Vəliyev tədricən universitetdə çoxlu yer boşaltmağa başladı. AzTU ərazisinin ortalığında (həyətin ortasında) heç 10 il deyil ki, tikilmiş tamamilə yeni, 6 mərtəbəli nəhəng tədris binası (6-ci, 7-ci korpus adlanan bina) yenidən əsaslı “təmir edildi”. Təmir binanın zirzəmisindən başladı. Burada böyük bir anbar var idi, anbar boşaldıldı, ara divarlar söküldü, indi bina yalnız beton dirəklərdən ibarət ayaqlar üzərində dayanıb. Həmin binanın 1-ci mərtəbəsində V.Vəliyevin rektor gəldikdən sonra, 2 il əvvəl özünün təmir etdirdiyi böyük bir yeməkxana, onlarla iş otaqları, 250 kompyuterin yerləşdiyi test imtahanlarının keçirildiyi zal, kabinetlər yerləşirdi. İndi onlar da hamısı sökülüb, 1-ci mərtəbədə binanın bu başından baxanda, o biri başına qədər açıq görünür. Ara divarlar, hətta arxa tərəfdən binanın divarlarının çox hissəsi sökülüb, bina yalnız dirəklər üzərində dayanır. Yüzlərlə metr tamamilə yeni su boruları, kanalizasiya, istilik təchizatı boruları, pəncərə çərçivələri, şüşə panellər və s. sökülüb, harayasa daşınıb, aparılıb. Binanın bir hissəsi isə lap 3-cü mərtəbəyə qədər sökülüb".
DAVAMI VAR...
İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Trend İnformasiya Agentliyinin yayılan dezinformasiya ilə bağlı bəyanatı - DİQQƏT!
Bu gün, 11:42 |
|
|
|
• “Paşinyanı iqtidarda Bakı, London və Təl-Əviv saxlayır” iddiası - RƏYLƏR...
Bu gün, 11:01 |
|
|
|
• “Oqtaydan sonra heç yerə getmirəm, itirdiyimi elə itirmişəm ki...”
Bu gün, 10:47 |
|
|
|
• İtaliya səfiri Eldar Əzizovla Neapolla qardaşlaşma əlaqələrinin gücləndirilməsini müzakirə edib - FOTO
Bu gün, 10:44 |
|
|
|
• İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
Bu gün, 10:41 |
|
|
|
• Məmurun evindən 244 minlik qızıl oğurlayan xadimənin cinayət işi: həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:36 |
|
|
|
• Xarici aviasiya şirkəti Azərbaycan bazarını tərk edir
Bu gün, 10:33 |
|
|
|
• "Gülnar Səfərəliyevadan heç bir ədalət gözləmirəm" - Naxçıvan təhsilində QALMAQAL
Bu gün, 10:31 |
|
|
|
• 5000 manat maaş alıram, necə qənaət edim? - Səyyad Aran GİLEYLƏNİR
Bu gün, 10:25 |
|
|
|
• PKK silahı yerə qoyur... TƏSLİM OLMUR! - BU, AYRI-AYRI ŞEYLƏRDİR...
Bu gün, 10:22 |
|
|
|
• Paşinyan komandasına xəbərdarlıq etdi: - Sürprizlərə hazır olun
Bu gün, 10:19 |
|
|
|
• Şəmkirin icra başçısından NAZİRƏ QARŞI SAYĞISIZLIQ... - "Bunlar nə vaxt düzələcək?.."
Bu gün, 10:09 |
|
|
|
• Şirkətlər qrupunda yeni ASC yaradılıb
Bu gün, 10:01 |
|
|
|
• "Azərtəkrarqarametal" ASC-nin səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:59 |
|
|
|
• 38 yaşlı sabiq məmur həbsxanada öldü
Bu gün, 09:49 |
|
|
|
• Naxçıvanda özünü vəzifəli şəxs kimi tanıdaraq dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 09:46 |
|
|
|
• Naxçıvanda NÖVBƏTİ BÜDCƏ TALANI... - fermerləri YENƏ ALDADIRLAR...
Bu gün, 09:44 |
|
|
|
• İki rayonun icra başçısı dəyişdiriləcək: Birinin həbsi belə aktualdır... - İLGİNC İDDİALAR
Bu gün, 09:31 |
|
|
|
• “Pulum olsaydı “Bəxt üzüyü” filmində atamın sürdüyü maşını alardım” - FOTO
Bu gün, 09:21 |
|
|
|
• Bakı məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinə 2.5 milyon xərclənəcək – İşləri 200 manatlıq şirkət görəcək
Bu gün, 09:19 |
|
|
|
• Əmək mübahisələri ilə bağlı mühüm məqamlar... - Ekspert danışır...
Bu gün, 09:16 |
|
|
|
• Mərkəzi Bankın proqnozu özünü doğrultmadı: 19 aydan sonra... - ARAŞDIRMA
Bu gün, 09:08 |
|
|
|
• TARİXİ BAKI... HƏDƏFDİRMİ? - AKTUAL
Bu gün, 09:01 |
|
|
|
• Azərbaycanda ilk qiyabi icraat üzrə məhkəmə başladı - DETALLAR
Bu gün, 08:58 |
|
|
|
• Rusiyanın “5-ci kolon”la bağlı qərarının İmişlidə əks-sədası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:57 |
|
|
|
• Federasiyanın sabiq vitse-prezidentinə dələduzluq maddələri ilə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 08:55 |
|
|
|
• Hərbi təlimlərdə atılan güllələr bu dəfə kanalizasiya xəttini HƏDƏFƏ ALDI – FOTO/GİLEY
Bu gün, 08:47 |
|
|
|
• “Teatr bağlanandan sonra işsiz qaldım, sənət dostlarımdan uzaqlaşmışam” - Efirlərdən uzaq düşən sənətkar
Bu gün, 08:42 |
|
|
|
• "Yelo Bank" ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 08:41 |
|
|
|
• "Artıq pul xərcləmir, ölkələrdən pul, sərvət qoparır, təsirini oralarda gücləndirir" - ABŞ YÖN DƏYİŞDİRİB...
Bu gün, 08:39 |
|
|
|
• “Mədəniyyət Naziri məni qəbul etmir, ondan soruşmaq istəyirəm ki...” - ETİRAZ VAR...
Bu gün, 08:33 |
|
|
|
• “Rabitə Tikinti”yə yeni rəhbər təyin ediləcək
Bu gün, 08:26 |
|
|
|
• Düşmən silahlanır: amma tətiyi çəkəcək əsgər qıtlığı var... - Özləri etiraf edir ki...
Bu gün, 08:23 |
|
|
|
• “Bütün oyunları Ərdoğan oynayır” - Yunan mətbuatı təriflər yağdırdı
Bu gün, 07:24 |
|
|
|
• Ukrayna ordusu bəzi istiqamətlərdə Rusiyanı sıxışdırdı - KİV
Bu gün, 07:22 |
|
|
|
• DSX-nin ŞÜBHƏLİ TENDER ORTAĞI - TƏFƏRRÜAT
Bu gün, 07:21 |
|
|
|
• "Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" - ŞOK İTTİHAM
Bu gün, 07:19 |
|
|
|
• Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... - Sırski
Bu gün, 07:17 |
|
|
|
• Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı? – DETALLAR
Bu gün, 07:15 |
|
|
|
• Dövlətin yardımı PULLA SATILIR - NARAZILIQ VAR...
Bu gün, 01:17 |
|
|
|
• "Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" - AMMA İNDİ...
Bu gün, 01:02 |
|
|
|
• "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
Bu gün, 00:58 |
|
|
|
• AHİK-lə bağlı İLGİNC İDDİALAR – Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 00:53 |
|
|
|
• "BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 00:49 |
|
|
|
• Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları - İstehlakçılar necə aldadılır?
Bu gün, 00:47 |
|
|
|
• 'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
Bu gün, 00:36 |
|
|
|
• "AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı
Bu gün, 00:28 |
|
|
|
• Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” - NƏ BAŞ VERİR?
Bu gün, 00:26 |
|
|
|
• Həm sülhdən danışır, həm də atəşkəsi pozur: - Deputat İrəvanın ikibaşlı oyununun məqsədini AÇIQLADI
Bu gün, 00:23 |
|
|
|
• GÜNEY QAFQAZDA SÜLH... NƏ QƏDƏR REALDIR?
Bu gün, 00:20 |
|
|
|
|